Havanı çirkləndirən metaləritmə sexinin rəhbəri 3000 manat cərimələnib

Havanı çirkləndirən metaləritmə sexinin rəhbəri 3000 manat cərimələnib
# 15 oktyabr 2019 10:47 (UTC +04:00)

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında fəaliyyət göstərən “Az Lead” MMC-yə məxsus metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət əsasında araşdırma və monitorinq keçirilib.

ETSN-dən APA-ya verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə artıq olduğu müəyyən edilib.

Bunu jurnalistlərə açıqlamasında 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib.

“Faktla bağlı MMC-nin direktoru Elman Abdullayev barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

Gələcəkdə belə halların baş verməməsi üçün MMC-nin direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş”” verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR