Kamerunda sel və sürüşmə 42 nəfərin ölümünə səbəb olub

Kamerunda sel və sürüşmə 42 nəfərin ölümünə səbəb olub
# 30 oktyabr 2019 11:16 (UTC +04:00)

Kamerunun qərbində yağan güclü leysan yağışlarının səbəb olduğu sel və sürüşmə nəticəsində ən azı 42 nəfər ölüb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, 26-sı uşaq olan 42 nəfərin cəsədi palçıq selindən və binaların dağıntılarının altında çıxarılıb. Rəsmilər ölənlərin sayının artacağından narahatdırlar.

Hökumət təbii fəlakətdən əziyyət çəkmiş əhaliyə kömək üçün xilasetmə işçilərini və hərbiçiləri fəlakət bölgəsinə göndərib. Mərkəzləşdirmə və yerli idarəetmə naziri bölgəyə baş çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR