Kamerunda silahlılar 30 dinc sakini girov götürüb

Kamerunda silahlılar 30 dinc sakini girov götürüb
  • Clock-gray 22:09
  • calendar-gray 13 İyul 2019

Kamerunun şimal-qərb regionunda azı 30 nəfər separatçı qruplaşma tərəfindən qaçırılıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə şənbə günü “Sinhua” agentliyi yerli polisin nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, silahlı şəxslər Fündon və Bamenda şəhərlərini birləşdirən yolda 3 avtobusun qarşısını kəsiblər. Silahlılar avtobuslardan 30 nəfəri düşürüb, onların pasportlarını əllərindən alıb və naməlum istiqamətdə aparıblar.

Polis həmin girovlarla bağlı hələlik hər hansı bir məlumat əldə edə bilməyib. Hazırda bir neçə istiqamətdə yollarda nəzarət gücləndirilib, xüsusi axtarış qrupları yaradılıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date