Konqoda gəminin batması nəticəsində azı 30 nəfər ölüb, 200 nəfər isə itkin düşüb

Konqoda gəminin batması nəticəsində azı 30 nəfər ölüb, 200 nəfər isə itkin düşüb
  • Clock-gray 01:52
  • calendar-gray 27 May 2019

Konqo Demokratik Respublikasının şimal-qərbindəki Mai-Ndombe gölündə gəminin batması nəticəsində azı 30 nəfər ölüb, daha 200 nəfər isə itkin düşüb.

APAxəbər verir ki, bu barədə “Associated Press” agentliyi İnonqo şəhərinin meri Simon Mboo Vembaya istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, gəmidə olanların əksəriyyəti məvaciblərini almağa gedən müəllimlər olub. Şəhərdəki yollar bərbad olduğundan onlar su yolu ilə getmək qərarına gəlib.

Yerli rəsmi dairələr bildirir ki, gəmidə bir neçə yüz insan olub ki, onlardan təxminən 80 nəfəri xilas ola bilib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date