Əlcəzair ölkə ərazisində Rusiyanın hərbi bazalarının yaradılmasına razılıq verməyib

Əlcəzair ölkə ərazisində Rusiyanın hərbi bazalarının yaradılmasına razılıq verməyib
# 29 dekabr 2020 11:18 (UTC +04:00)

Əlcəzair ölkə ərazisində Rusiyanın hərbi bazalarının yaradılmasına razılıq verməyib.

APA-nın xəbərinə görə, bu barədə “avia.pro” saytı Əlcəzairin kütləvi informasiya vasitələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, yaxın zaman ərzində Əlcəzair öz ərazisində Rusiyanın hərbi obyektlərinin, o cümlədən Hərbi Dəniz Flotu və Hərbi Hava Qüvvələrinin bazalarının yaradılmasına imkan vermək niyyətində deyil.

Qeyd olunub ki, Rusiya tərəfinin bu məsələdə marağının olması barədə məlumatlar bir ay əvvəl ortaya çıxıb, lakin bütün bunlar rəsmi şəkildə təsdiqlənmirdi.

Rusiyanın “Kadara” informasiya nəşrinin məlumatına görə isə Əlcəzair Rusiya ilə qarşılıqlı əməkdaşlığı ancaq hərbi-texniki sahədə məhdudlaşdırmaq niyyətindədir.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR