Əlcəzairdə koronavirusa ilk yoluxma halı təsdiqlənib

Əlcəzairdə koronavirusa  ilk yoluxma halı təsdiqlənib
# 26 fevral 2020 08:32 (UTC +04:00)

Əlcəzairdə həkimlər ölkədə ilk koronavirusa (2019-nCoV) yoluxma halını təsdiqləyiblər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Səhiyyə, Əhali və Tibbi İslahatlar naziri Abderrahman Benbuzid açıqlamasında deyib.

Nazir bildirib ki, yoluxmuş şəxs ölkəyə fevralın 17-də İtaliyadan gəlib: “Xəstə artıq karantindədir. Onun müalicəsi üçün lazımi tədbirlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR