Livanda YDM-də baş vermiş partlayış nəticəsində 12 nəfər xəsarət alıb

Livanda YDM-də baş vermiş partlayış nəticəsində 12 nəfər xəsarət alıb
  • Clock-gray 03:54
  • calendar-gray 04 İyul 2019

Livanın şimalındakı Baxaun yaşayış məntəqəsində yanacaq doldurma məntəqəsində (YDM) baş vermiş partlayış nəticəsində azı 12 nəfər xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “LBC” telekanalı yerli Qırmızı Xaç cəmiyyətinin rəhbəri Corc əl-Kattaniyə istinadla məlumat yayıb.

Məlumata görə, yaralılardan 10 nəfəri təcili tibbi yardım maşınları ilə yerli xəstəxanalara çatdırılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Hadisəni Livan ordusu və təhlükəsizlik qüvvələri araşdırır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date