Malidə terrorçuların hücumu nəticəsində ölən hərbçilərin sayı 49 nəfərə çatıb - YENİLƏNİB

Malidə terrorçuların hücumu nəticəsində ölən hərbçilərin sayı 49 nəfərə çatıb - YENİLƏNİB
  • Clock-gray 20:08
  • calendar-gray 02 Noyabr 2019

Malinin şimal-şərqində silahlı şəxslərin hərbi posta hücumu zamanı 49 hərbi qulluqçu öldürülüb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi komandanlığı silahlı qüvvələrin rəsmi saytında yayımlanan bəyanatda bildirib.

“Terror hücumu 49 hərbçinin ölümünə səbəb olub, daha üç nəfər yaralanıb”, - deyə sənəddə vurğulanıb. Qeyd olunur ki, hücum edilən postda 20 hərbçi sağ qalıb. Bundan əvvəl “France Presse” agentliyi 53 əsgərin öldüyünü bildirmişdi.

Hücum cümə günü Nigerlə sərhəddəki İndeliman bölgəsində baş verib. Hələlik terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Hücum nahar fasiləsində törədilib. Bir neçə hərbi maşın məhv edilib, qalanları silahlılar tərəfindən ələ keçirilib.

***

Saat 04:31

Malinin ordu birləşmələri ilə terror qruplaşmaları arasında baş verən atışmada 35 hərbçi həlak olub.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, Mali hökuməti çox sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumunu pisləyib. 

Hələlik hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date