Masallı və Qəbələ sakinlərindən odlu silah götürülüb

Masallı və Qəbələ sakinlərindən odlu silah götürülüb
# 21 noyabr 2019 14:41 (UTC +04:00)

Masallı və Qəbələ sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini F.Əliyevdən lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmirvan kənd sakini A.Vəliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR