Mərakeş donanması Aralıq dənizində 161 qeyri-leqal miqrantı xilas edib

Mərakeş donanması Aralıq dənizində 161 qeyri-leqal miqrantı xilas edib
# 14 iyul 2019 03:54 (UTC +04:00)

Mərakəş Krallığının Dəniz Donanmasının sahil təhlükəsizlik bölmələri Aralıq dənizində 161 qeyri-leqal miqrantı xilas edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mərakeşin hərbi mənbələrindən bildirilib.

Məlumata görə, xilas olunan miqrantların əksəriyyəti Böyük Səhranın cənubunda yerləşən Afrika ölkələrindəndir. Onların hamısı sağ-salamat krallıq limanlarına çatdırılıb.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarında qeyd olunur ki, ilin əvvəlindən bəri Aralıq dənizi ilə İspaniyaya təxminən 8 min miqrant gəlib, 137 nəfər isə dənizdə boğulub. Ümumilikdə isə 1 yanvar tarixindən 1 may tarixinədək bu dəniz yolu ilə Avropaya 16806 nəfər üz tutub, 410 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR