Mərakeşdə daşqınlar 7 nəfərin ölümünə səbəb olub

Mərakeşdə daşqınlar 7 nəfərin ölümünə səbəb olub
# 29 avqust 2019 05:54 (UTC +04:00)

Mərakeşin cənubundakı Tarudant bölgəsində daşqınlar nəticəsində 7 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Hespress” qəzeti yerli rəsmilərə istinadən məlumat yayıb.

Bölgə rəhbərliyinin bildirdiyinə görə, güclü yağışlar daşqınlara yol açıb ki, nəticədə 7 nəfər həyatını itirib. Hazırda bölgədə itkin düşmüş şəxslərin axtarışları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR