Milli Məclisin növbədənkənar xüsusi sessiyasının növbəti plenar iclası başlayıb

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının növbəti plenar iclası başlayıb
# 14 iyun 2019 12:01 (UTC +04:00)

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının növbəti plenar iclası başlayıb.

APA-nın məlumatına görə, iclasa sədrliyi Milli Məclisin spikeri Oqtay Əsədov edir.

İclasda "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Bələdiyyələrin statusu haqqında", Mülki, Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və s. Qanun layihələrinə dəyişikliklər müzakirə olunacaq.

Bundan başqa, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirə ediləcək.

Xatırladaq ki, Milli Məclisin iyunun 13 və 14-də keçiriləcək plenar iclaslarının gündəliyinə ümumilikdə 36 məsələ daxildir.

Qeyd edək ki, Milli Məclisin xüsusi sessiyanın plenar iclaslarının iyunun 13-ü, 14-ü, 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR