Muqabe mavzoleydə dəfn ediləcək

Muqabe mavzoleydə dəfn ediləcək
# 15 sentyabr 2019 13:21 (UTC +04:00)

Zimbabvenin sabiq Prezidenti Robert Muqabe bir ay ərzində tikiləcək mavzoleydə dəfn ediləcək.

APA-nın xəbərinə görə, bu barədə “Telegraph” nəşri məlumat yayıb.

Qeyd edək ki, R. Muqabe sentyabrın 6-da 96 yaşında vəfat edib, sentyabrın 14-də paytaxt Hararedə stadionda vida mərasimi keçirilib.

Xatırladaq ki, R. Muqabe 1980-87-ci illər aralığında Zimbabvenin Baş Naziri vəzifəsində çalışıb. 1987-ci ildən 2017-ci ilə kimi ölkənin Prezidenti olub. O, 2017-ci ilin noyabrında hərbi çevriliş nəticəsində postunu tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR