Myanmada sürüşmə nəticəsində 41 nəfər ölüb

Myanmada sürüşmə nəticəsində 41 nəfər ölüb
# 10 avqust 2019 19:57 (UTC +04:00)

Myanmanın cənub-şərqindəki Mon ştatında sürüşmə zamanı ölənlərin sayı 41 nəfərə çatıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sürüşmə güclü yağışlar nəticəsində baş verib.

Yağıntının səviyyəsinin yüksək olması səbəbindən bir neçə qəsəbəni su basıb, məktəblər müvəqqəti olaraq bağlanıb.

BMT-nin humanitar məsələlər üzrə İdarəsinin məlumatlarına əsasən son iki gün ərzində Mynanmada daşqın nəticəsində 12 minə yaxın insan evini tərk edib. Hazırda evakuasiya məntəqələrində yerləşən insanların sayı 38 mini keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR