Nigeriyada kənd əhalisinə hücumlar zamanı 43 nəfər ölüb

Nigeriyada kənd əhalisinə hücumlar zamanı 43 nəfər ölüb
  • Clock-gray 16:28
  • calendar-gray 10 İyun 2019

Nigeriyada silahlı qruplaşmaların həftə sonu kəndlərə etdiyi bir neçə hücum nəticəsində azı 43 nəfər həlak olub.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə polis xəbər yayıb.

Məlumata görə, kənd sakinlərinə ilk hücum ötən gün Sokoto şəhərindən 100 km uzaqlıqda baş verib. Nəticədə 25 nəfər həyatını itirib. 

Sokoto ştatında baş vermiş daha bir hücum zamanı isə 18 nəfər ölüb. Bildirilir ki, hücumları mal-qaranı oğurlayan quldur dəstələri həyata keçirib.

Digər xəbərlər

Arxiv

date