Nigeriyada qaçırılan Türkiyə vətəndaşları azad edilib

Nigeriyada qaçırılan Türkiyə vətəndaşları azad edilib
# 26 iyul 2019 20:35 (UTC +04:00)


Nigeriyanın Kşara əyalətində qaçırılan 4 türk vətəndaşı azad edilib.

APA-a "Anadolu"ya istinadla bildirir ki, paytaxt Abuja şəhərindən 500 kilometr uzaqlıqdakı Kşara əyalətində silahlı şəxslər tərəfindən qaçırılan Yasin Çolak (33 yaş), Sener Paşa (40 yaş), Ergun Yurdakul (35 yaş) və Seyit Emre Çelik (25 yaş) polis və hərbçilərin cəlb edildiyi xüsusi əməliyyat nəticəsində azad ediliblər.

Xatırladaq ki, ötən həftə “Paksoy-1” adlı türk gəmisi Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalmışdı. Nəticədə gəmidəki heyətin üzvləri əsir götürülmüşdü.
Onların qaytarılması üçün külli miqdarda pul tələb edilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR