Nigeriyada silsilə partlayışlarda 17 nəfər ölüb

Nigeriyada silsilə partlayışlarda 17 nəfər ölüb
# 17 iyun 2019 13:28 (UTC +04:00)

Nigeriyanın şimal-şərqində törədilən iki partlayış nəticəsində ən azı 17 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə “Daily Trust” qəzeti məlumat yayıb.

Bildirilir ki, terrorçular özlərini Borno ştatının Mahdadari yaşayış məntəqəsində yerləşən tibb mərkəzinin yaxınlığında partladıb.

Məlumata görə, terrorçulardan birinin üzərindəki partlayıcı vasitə işə düşməyib, nəticədə qadın terrorçu saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR