Nigeryada ağır yol-nəqliyyat hadisəsi baş verib, 18 nəfər ölüb

Nigeryada ağır yol-nəqliyyat hadisəsi baş verib, 18 nəfər ölüb
# 09 iyun 2019 08:21 (UTC +04:00)

Nigeriyanın cənub-qərbində yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində ən az 18 nəfər ölüb.

APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, hadisə ötən gecə Ondo əyalətində baş verib.

Hadisə şahidinin dediyinə görə, yük maşınının sürücüsü idarəetməni itirərək qarşı istiqamətdən gələn sərnişin avtobusu ilə toqquşub: “Həmin an hər iki nəqliyyat vasitəsində yanğın baş verdi, avtobusdakı bütün sərnişinlər öldü”.

Yerli polisin yaydığı məlumatda bildirilir ki, yük maşınının sürücüsü hadisə yerindən qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR