Qvineyada qızıl mədəni çöküb, 10 nəfər ölüb

Qvineyada qızıl mədəni çöküb, 10 nəfər ölüb
# 07 noyabr 2019 19:04 (UTC +04:00)

Qvineyanın Siquiri əyalətinin Kintiqnan bölgəsində qızıl mədəninin çökməsi nəticəsində ən azı 10 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.

APA-nın "France Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumət nümayəndəsi bildirib.

Yerli rəsmi əlavə edib ki, mədən əslində rəsmi şəkildə bağlı olub və insanlar orada icazəsiz çalışıblar.

Qəza qurbanları arasında üç uşağın olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR