"Rabitəbank" rebrendinq edib

"Rabitəbank" rebrendinq edib
# 20 noyabr 2019 15:01 (UTC +04:00)

“Rabitəbank” ASC fəaliyyətinin 27-ci ilində yaşıl rənglərə keçərək rebrendinq edib.

"APA-Economics" banka istinadən verdiyi məlumata görə, yaşılın 3 çalarından ibarət olan yeni loqo dayanıqlılıq, inkişaf və rəqəmsallıq anlayışını ifadə edir. Loqonun fiqurları isə “Rabitəbank” adında “R” və “B” hərflərinin birləşməsini xatırlatmaqla yanaşı, həm də müasir rabitə vasitəsi olan danışıq pəncərəsini (“chat bubble”) xatırladır.

“Rabitəbank” yaşıla keçidlə yanaşı, şüarını da “rahat bankçılıq” olaraq təqdim edib. Bankın yeni rahat bankçılıq şüarı bankı rəqamsal sahədə müştərilərə sürətli və səlis naviqasiya imkanları ilə bank xidmətlərindən istifadə imkanları, fiziki məkanlarda isə bankın filial və şöbələrində peşəkar əməkdaşlar tərəfindən komfortlu məkanda xidmətlərin təqdim olunmasını nəzərdə tutur.

Bundan əlavə, bank yeni rəngləri və loqosu ilə yanaşı rəqamsal xidmət kanalları olan mobil əlavəsini, “RabitəBot Telegram” və “Facebook çatbot”larını, həmçinin internet bankçılıq xidmətlərini yeniləyib.

Təqdim olunan “RabitaBot” rəqəmsal xidməti ilə müştərilər pul göndərə bilər, pul istəyə bilər, hesabı bölə bilər, kredit və yaxud kart sifariş edə bilər, kommunal və mobil ödənişlərlə yanaşı, cərimələrini ödəyə bilər. Həmçinin, müştəri dostu ilə danışıq pəncərəsindən ayrılmadan, heç bir kart nömrəsi daxil etmədən, sadəcə @RabitabankBot yazıb, göndərmək istədiyi məbləği daxil edərək saniyələr ərzində qarşı tərəfə pul göndərə bilər.

Qeyd edək ki, “Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, internet bankçılıq və “RabitaBot” adlı çatbotu ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR