Samuxda idarə etmədən çıxan minik maşını aşıb, bir nəfər xəsarət alıb

Samuxda idarə etmədən çıxan minik maşını aşıb, bir nəfər xəsarət alıb
# 19 noyabr 2019 21:21 (UTC +04:00)


Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Qarayeri yolunda qeydə alınıb.

Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı “Volkswagen Passat” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 2002-ci il təvvəllüdlü Rzayeva Nərmin Taleh qızı xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR