Samuxda kənd sakini mübahisə etdiyi qonşusunu bıçaqlayıb

Samuxda kənd sakini mübahisə etdiyi  qonşusunu bıçaqlayıb
# 17 iyun 2019 01:04 (UTC +04:00)

Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın yerlli bürosunun məlumatına görə, hadisə rayonun Aluşağı kəndində baş verib.

Belə ki, kənd sakini 32 yaşlı Zamin Bayramov qardaşının evində qonşusu Cəfərov Elxanla mübahisə edib. Nəticədə aralarında yaranan mübahisə zamanı Elxan Cəfərov Zanim Bayramovu bıçaqlayıb. Yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirlib.

Xəstə əməliyyat olunub,onun vəziyyətinin kafi olduğu bildirilir. Artıq hadaisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb.

Qeyd edək ki, hadisə Zamin Bağırovun qardaşının evində da günü keçrilən zaman baş verib. Dava edənlər isə qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR