Somalidə otelə hücum zamanı 10 nəfər ölüb, çox sayda insan yaralanıb - FOTO

Somalidə otelə hücum zamanı 10 nəfər ölüb, çox sayda insan yaralanıb - FOTO
# 13 iyul 2019 04:25 (UTC +04:00)

Somalinin Kismayo şəhərindəki oteldə Əl-Şəbab silahlı qruplaşmasının terror hücumu zamanı ən az 10 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
APA CNN-ə istinadla xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, ölənlər arasında yerli hökumət nümayəndələri və iki jurnalist də var.

“Sinxua" agentliyinin yaydığı xəbərə görə, hücum nəticəsində həlak olanların sayı 50-yə yaxındır. Rəsmi dövlət nümayəndələri ölənlərin sayının artacağını istisan etməyib.

Qeyd edək ki, kamikadze tərəfində törədilmiş partlayışdan sonra terror qrupunun silahlıları hotelə hücum edib. Terrorğularla təhlükəsizlik qüvvələri arasında atışma olub. Həmin vaxt oteldə dövlət rəsmilərinin və millət vəkillərinin iştirakı ilə rəsmi tədbir keçirilirmiş.

"Əl-Şabab" terror təşkilatı məsuliyyəti üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR