Sudanda təhlükəsizlik qüvvələrinin 90-dan çox zabiti istefaya göndərilib

Sudanda təhlükəsizlik qüvvələrinin 90-dan çox zabiti istefaya göndərilib
# 10 iyun 2019 04:49 (UTC +04:00)

Sudanda təhlükəsizlik qüvvələrinin və kəşfiyyat xidmətinin 90-dan çox zabiti istefayaya və ya təqaüdə göndərilib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı özəl mənbəyə istinadən məlumat yayıb.

Sudanın Hərbi şurası bu dəqiqələrə qədər məsələ ilə bağlı hələlik bir rəsmi açıqlama verməyib. Zabitlərin xidmətdən kənarlaşdırılmasının səbəbləri də hələ ki məlum deyil.

Qeyd edək ki, iyunun 3-də Sudan xüsusi təyinatlı qüvvələri və polis paytaxt Xartumda hərbi qüvvələr baş komandanlığının mənzil-qərargahının qarşısındakı meydanı etirazçılardan təmizləyərkən güc tətbiq edib. Bildirilir ki, oturaq aksiyaya qarşı tətbiq edilən müdaxilə zamanı təxminən 110 nəfər ölüb. Ölkənin Səhiyyə Nazirliyi 61 nəfərin öldüyünü qeyd edir və bildirir ki, onlardan 52 nəfəri paytaxtda, digərləri isə müxtəlif əyalətlərdə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR