Tanzaniyada yanacaq daşıyan maşının yanması nəticəsində 57 nəfər ölüb

Tanzaniyada yanacaq daşıyan maşının yanması nəticəsində 57 nəfər ölüb
# 10 avqust 2019 12:41 (UTC +04:00)

Tanzaniyada yanacaq daşıyan yük maşınının qəzaya uğrayaraq yanması nəticəsində 57 nəfər ölüb.

APA-nın "Frans Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə polis məlumat yayıb.

Hadisənin paytaxt Dar-es-Salamdan 200 km qərbdə baş verdiyi bildirilir.

Ölənlərin sayının artacağı istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR