Tripoli döyüşlərində ölənlərin sayı 650 nəfəri keçib

Tripoli döyüşlərində ölənlərin sayı 650 nəfəri keçib
# 10 iyun 2019 08:17 (UTC +04:00)

Liviyanın paytaxtı Tripoli ətrafında aprelin 4-dən bu günədək gedən silahlı toqquşmalarda azı 653 nəfər ölüb.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Dünya Səhiyyə Təşkilatının Liviya nümayəndəliyi yayıb.

“Liviyanın paytaxtı Tripolidə davam edən konflikt nəticəsində ölənlərin sayı 653 nəfərdir. Onlardan 41 nəfəri dinc sakindir. 3547 nəfər, eləcə də 126 dinc sakin bu toqquşmalarda yaralanıb”, - deyə təşkilatın “Twitter” səhifəsində qeyd olunub.

Məlumatda o da deyilir ki, son bir həftədə xəsarət alanların arasında üç tibb işçisi də var.

Bundan əvvəl təşkilat 607 nəfərin öldüyünü, 3200-dən çox insanın yaralandığını açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR