Tunisdə növbədənkənar prezident seçkiləri keçiriləcək

Tunisdə növbədənkənar prezident seçkiləri keçiriləcək
  • Clock-gray 10:54
  • calendar-gray 26 İyul 2019

Bu il sentyabrın 15-də Tunisdə növbədənkənar prezident seçkiləri keçiriləcək. 

APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, bu barədə müvafiq qərarı Tunis Seçki Komissiyası qəbul edib. 

Yeni prezident seçilənə qədər bu vəzifəni parlament sədri Məhəmməd An-Naser icra edəcək. 

Qeyd edək ki, ötən gün Tunis prezidenti Beji Kaid əs-Sebsi 92 yaşında vəfat edib.

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date