Tunisin müvəqqəti prezidenti fövqəladə vəziyyət rejimini daha 1 ay uzadıb

Tunisin müvəqqəti prezidenti fövqəladə vəziyyət rejimini daha 1 ay uzadıb
# 03 avqust 2019 06:37 (UTC +04:00)

Tunisin müvəqqəti prezidenti Məhəmməd ən-Nasir ölkə ərazisində fövqəladə vəziyyət rejiminin daha bir ay uzadılması haqqında fərman imzalayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə bu barədə dövlət rəhbəri administrasiyasının “Facebook” səhifəsində məlumat yerləşdirilib.

“Respublika prezidenti Məhəmməd ən-Nasir daha bir aylıq fövqəladə vəziyyət rejiminin elan olunmasına qərar verib”, - məlumatda belə deyilir.

Tunisdə fövqəladə vəziyyət rejimi 2015-ci il 24 noyabr tarixində ölkə paytaxtının mərkəzində, Daxili İşlər və Turizm Nazirliklərinin yaxınlığında terror aktı törədildikdən sonra elan edilib. Kamikadzenin prezident mühafizəçilərinin olduğu avtobusa hücumu nəticəsində 13 nəfər ölmüş, daha 20 nəfər yaralanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR