VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək
# 15 avqust 2019 11:46 (UTC +04:00)

Sentyabrın 27-dən 29-dək VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

APA-nın məlumatına görə, tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir.

İştirakçılar Sərgi-Yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi (6 kv.m.-dək) və avadanlıqlar ödənişsiz veriləcək.

VI Bakı Beynəlxalq Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec avqustun 19-dək, ərizə-müqavilə isə avqustun 31-dək təqdim edilməlidir ([email protected]).

Ərizə-müqaviləni (PDF formatında) burada yükləyə bilərsiniz.

Ziyarətçilər üçün sərgiyə giriş sərbəst olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR