Burkina Fasonun paytaxtında silahlı qarşıdurma zamanı 15 nəfər ölüb - YENİLƏNİB-1

Burkina Fasonun paytaxtında silahlı qarşıdurma zamanı 15 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB-1
# 02 mart 2018 18:24 (UTC +04:00)

Burkina Fasonun İnformasiya naziri Remi Cincinu paytaxt Uaqaduquda baş verən silahlı qarşıdurma zamanı 28 nəfərin ölməsi ilə bağlı məlumatı təkzib edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl AFP agentliyi ölkənin Silahlı Qüvvələri Baş Qərargahı və Fransa səfirliyinin binasına edilən hücum nəticəsində ölənlərin sayının 28 nəfərə çatdığı barədə xəbər yayıb.

“Hadisə nəticəsində 15 nəfər ölüb. Belə ki, Fransa səfirliyi və Baş Qərargahı binasının qarşısında baş verən qarşıdurmada 8 silahlı məhv edilib, 7 hərbçi və təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub”, deyə nazir qeyd edib.

***

20:21

Burkina Fasonun paytaxtı Uaqaduqu şəhərində ölkənin Silahlı Qüvvələri Baş Qərargahı və Fransa səfirliyinin binasına edilən hücum nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 7 nəfərin öldüyü bildirilirdi.

Fransanın Burkina-Fasodakı səfiri Jil Tibo hadisəni terror aktı adlandırıb.

***

16:01

Burkina Fasonun paytaxtı Uaqaduqu şəhərində Fransa səfirliyinin binasına hücum olub.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə səfirlik “Facebook”da açıqlama yayıb.

Açıqlamada səfirliyin binasına və Fransa Mədəniyyət Mərkəzinə hücum gerçəkləşdirildiyi bildirilib və gizlənən vətəndaşlara yerlərində qalmaq tövsiyə edilib.

Polisin verdiyi açıqlamaya görə, Burkina Faso ordu qərargahına da maskalı silahlı şəxslər tərəfindən hücum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR