CAR-da sərnişin təyyarəsi qəzaya uğrayıb

CAR-da sərnişin təyyarəsi qəzaya uğrayıb
# 10 iyul 2018 18:40 (UTC +04:00)

Cənubi Afrika Respublikasının paytaxtı yaxınlığındakı “Uonderbum” hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, qəza nəticəsində 20 nəfər xəsarət alıb.

Xəsarət alanlardan birinin kritik olduğu bildirilir.

Təyyarənin tipi açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR