Ərdoğan: "FETÖ-nün Cənubi Afrikanı öz bazasına çevirməsinə imkan verməyəcəyik"

Ərdoğan: "FETÖ-nün Cənubi Afrikanı öz bazasına çevirməsinə imkan verməyəcəyik"
# 26 iyul 2018 13:52 (UTC +04:00)

“Son FETÖ-çü məsuliyyətə cəlb olunana qədər mübarizəmiz davam edəcək".

APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, bunu Cənubi Afrikada Türkiyə səfirliyinin xidməti binasının açılışında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan təəssüflə bildirib ki, FETÖ-nün dünyada ən çox fəal olduğu ölkələrdən biri Cənubi Afrika Respublikasıdır: "15 iyulda bizim başımıza bəla gətirən terror təşkilatı sabah Cənubi Afrikanın da başına bəla ola bilər. FETÖ-nün buranı kirlətməsin, bu torpaqları öz bazası halına gətirməsinə icazə verməyəcəyik. Son dövrlər burada yaşananlar FETÖ ilə mübarizənin sadəcə Türkiyə üçün deyil, digər ölkələrin də təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu göstərib. Türkiyə ölkə daxilində təşkilatın belini qırdığı kimi, ölkə xaricində də FETÖ-nün qaranlıq üzünü ifşa edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR