Liviyada “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib

Liviyada “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib
# 28 mart 2018 18:40 (UTC +04:00)

ABŞ hərbçiləri Yəməndə “Maqrib ölkələrində Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.

Hava zərbəsi nəticəsində qruplaşmanın iki üzvü, o cümlədən liderlərindən biri Musa Əbu-Daud məhv edilib. Məlumata görə, qruplaşmaya yeni üzvlərin cəlb edilməsi ilə məşğul olan Əbu-Daud bölgədə terror əməliyyatlarına maliyyə və texniki dəstək göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR