Liviyanın hərbi prokuroru silahlılar tərəfindən oğurlanıb

Liviyanın hərbi prokuroru silahlılar tərəfindən oğurlanıb
# 15 mart 2018 23:13 (UTC +04:00)

Liviyanın hərbi prokuroru general-mayor Məsud Arhuma naməlum silahlı şəxslər tərəfindən oğurlanıb.

APA-nın xəbərinə görə, bu barədə yerli “Al Wasat” nəşrinə generalın oğlu Fadıl Arhuma bildirib.

Onun sözlərinə görə, silahlılar prokurorun sürücüsü və mühafizəçisini də saxlayaraq naməlum istiqamətdə aparıblar. Fadıl Arhuma qeyd edib ki, silahlıların onun atasını Tripolinin Səlahəddin rayonundakı evinin yaxınlığında saxlayıblar. Silahlıların 3 avtomobildə hərəkət etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR