Malidə naməlum silahlılar hotelə hücum edib, ölən və yaralananlar var

Malidə naməlum silahlılar hotelə hücum edib, ölən və yaralananlar var
# 29 mart 2018 04:38 (UTC +04:00)

Malinin Bandiaqara şəhərində bir qrup silahlı “La Falaise” hotelinə hücum edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində hotelin mühafizəçilərindən biri həlak olub, ikisi yaralanıb.

Baş verən atışma zamanı silahlılardan biri öldürülüb, digərləri hadisə yerindən uzaqlaşıb.

Qeyd olunur ki, hotel mütəmadi olaraq xarici turistlər və müxtəlif nümayəndə heyətlərini qəbul edir.

2015-ci ildə Malinin Sevar şəhərində naməlum silahlıların hotelə hücumu nəticəsində 7 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR