Mərakeş İranla diplomatik əlaqələri kəsmək niyyətindədir

Mərakeş İranla diplomatik əlaqələri kəsmək niyyətindədir
# 02 may 2018 05:38 (UTC +04:00)

Mərakeş İranla diplomatik əlaqələri kəsəcək. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Mərakeş XİN rəhbəri Nasser Bourita bildirib. Onun sözlərinə görə, Tehranın Qərbi Saxaranın müstəqilliyini tələb edən “Polisario” hərəkatına dəstək verməsi bu cür qərar verməyə səbəb olub.

Nasser Bourita İranın “Hizbullah” qruplaşması vasitəsi ilə “Polisario” hərəkatına yardım etdiyini iddia edir: ““Hizbullah” hərbi emissarlarını “Polisario”ya yollayıb, hərəkat üzvlərini silahla təmin edib və şəhər şəraitində döyüş aparmağı öyrədib”.

Qeyd edək ki, Mərakeş bundan əvvəl 2009-cu ildən 2014-cü ilədək İranla diplomatik əlaqələri kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR