Misirdə baş verən ağır yol qəzasında 10 nəfər ölüb, 17-si xəsarət alıb

Misirdə baş verən ağır yol qəzasında 10 nəfər ölüb, 17-si xəsarət alıb
# 29 iyul 2018 22:27 (UTC +04:00)

Misirdə ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Port-Səid şəhərində tikiş fabrikinin işçilərini daşıyan avtobus yük maşını ilə toqquşub.

Hadisə nəticəsində 10 nəfər ölüb, 17 nəfər xəsarət alıb. İlkin məlumata əsasən, qəzaya yüksək sürət və hər iki sürücünün diqqətsizliyi səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il Misirdə müxtəlif yol qəzalarında 12-dək insan həyatını itirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR