Misirdə iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB

Misirdə iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 15-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 01 mart 2018 01:11 (UTC +04:00)

Misirin Boxeyra vilayətində sərnişin və yük qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Əl Cəzirə” telekanalı Misirin Səhiyyə nazirliyinə istinadən xəbər verib.

Qəza nəticəsində 40 nəfərin yaralandığı bildirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

***

16:42

Misirin Boxeyra vilayətində iki qatar toqquşub.

APA-nın yerli “Əl-Vətən” nəşrinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 12 nəfər ölüb, 38 nəfəri yaralanıb.

Qəza stansiyada sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində baş verib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR