Misirdə prezident seçkiləri başa çatıb

Misirdə prezident seçkiləri başa çatıb
# 29 mart 2018 01:36 (UTC +04:00)

Misirdə keçirilən prezident seçkiləri başa çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Milli Seçki Komissiyası yerli vaxtla saat 22:00-da seçki məntəqələrinin bağlandığını bəyan edib.

Üç gün ərzində keçirilən seçkilərdə ölkənin hazırkı prezidenti Əbdülfəttah əs-Sisi və “Al Qad” partiyasının lideri Musa Mustafa Musa prezident postu uğrunda mübarizə aparır.

Milli Seçki Komissiyasının məlumatına görə, səslərin sayılması prosesi artıq başlayıb. Rəsmi nəticələr isə aprelin 2-də elan olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR