Mozambikdə minik avtomobilin vurduğu 21 nəfər ölüb, 30 nəfər yaralanıb

Mozambikdə minik avtomobilin vurduğu 21 nəfər ölüb, 30 nəfər yaralanıb
# 25 mart 2018 15:53 (UTC +04:00)

Bu gün Mozambikdə minik avtomobili bir qrup insanı vurub, 21 nəfər ölüb, 30 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə "Club of Mozambique" portalı məlumat yayıb.

Qəza axşam saatlarında Maputo şəhərində baş verib. İlkin məlumata görə, avtomobil bir neçə maneəni aşdıqdan sonra piyada körpüsünə daxil olub və bir qrup insanı vurub. Ölənlərin əksəriyyəti gənclərdir.

Qəzanın səbəbi məlum deyil. Hüquq-mühafizə orqanları sürücünün sərxoş olduğunu istisna etmir.

Bu, qurbanlarının sayı baxımından ölkə tarixində ən böyük avtomobil qəzalarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR