Nigeriyada terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb

Nigeriyada terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb
# 19 iyun 2018 00:19 (UTC +04:00)

Nigeriyanın şimal-şərqində törədilən terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 31 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, hadisə nəticəsində 12 nəfər ağır yaralanıb. Partlayışların kamikadze qızlar tərəfindən törədildiyi təsdiqlənib. Hücumun arxasında “Boko Haram” qruplaşmasının durduğu ehtimal edilir.

“Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə də hücum edir. 2015-ci ildə "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.

2009-cu ildən etibarən Nigeriya, Niger, Kamerun və Çadda 20 mindən artıq insan "Boko Haram" silahlılarının qurbanı olub, 3 milyona yaxını isə qaçqın və məcburi köçkünə çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR