Qahirədə Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək

Qahirədə Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək
# 16 may 2018 23:48 (UTC +04:00)

Bu gün Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqasının XİN rəhbərləri səviyyəsində fövqəladə iclası keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yığıncaqda Qüds ətrafında və kütləvi etirazlardan sonra Fələstin ərazilərində vəziyyət müzakirə ediləcək.

Toplantı hazırda Liqada sədrlik edən Səudiyyə Ərəbistanının təşəbbüsü ilə baş tutacaq.

Ötən gün Qahirədə Ərəb Dövlətləri Liqasına üzv ölkələrin daimi nümayəndələri səviyyəsində keçirilən toplantıda Fələstindəki hadisələrlə bağlı qəbul edilən qətnamə layihəsi nazirlər tərəfindən təsdiqlənməlidir.

Sənədin məzmunu açıqlanmır, bütün görüşlər media üçün qapalı rejimdə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR