Qanada baş verən yol qəzasında 18 nəfər ölüb

Qanada baş verən yol qəzasında 18 nəfər ölüb
# 15 aprel 2018 22:40 (UTC +04:00)

Qananın şimalında ağır yol qəzası baş verib.

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, Tamale şəhəri yaxınlığında sərnişin avtobusu iki digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində 18 nəfər ölüb, 70 nəfər xəsarət alıb.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR