Qvineyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Qvineyada təyyarə qəzaya uğrayıb, ölənlər var
# 25 iyun 2018 02:23 (UTC +04:00)

Qvineya Respublikasında “Eagle Air” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, paytaxt Konakridən “Lero” qızıl yatağına uçan təyyarə Kindiya prefekturasında qəzaya düşüb.

Qəza nəticəsində Almaniya və Polşa vətəndaşları daxil olmaqla, təyyarənin 4 ekipaj üzvü ölüb. İlkin məlumata əsasən, təyyarədə sərnişin olmayıb.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR