Somali parlamentinin yaxınlığında partlayış törədilib, ölənlər var

Somali parlamentinin yaxınlığında partlayış törədilib, ölənlər var
# 25 mart 2018 18:29 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişo şəhərində partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkə parlamentinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, minalanmış avtomobilin partladılması nəticəsində azı 5 nəfər ölüb, yaralananlar var. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR