Somalidə BQXK-nın əməkdaşı oğurlanıb

Somalidə BQXK-nın əməkdaşı oğurlanıb
# 03 may 2018 03:22 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişo şəhərində bir qrup silahlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşını oğurlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Komitənin yaydığı açıqlamada bildirilir.

İnsident yerli vaxtla saat 20:00 radələrində baş verib. Məlumata görə, silahlılar BQXK-ın ərazisinə daxil olaraq təşkilatın tibb bacısı işləyən əməkdaşını oğurlayıblar. Hazırda Somali hökuməti ilə birgə qadının azad edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

KİV-lərin məlumatına əsasən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) oğurlanan əməkdaşı Almaniya vətəndaşıdır. Onun kim tərəfindən oğurlandığı hələ ki, məlum deyil.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR