Tunisdə inqilabdan sonra ilk bələdiyyə seçkiləri keçirilir

Tunisdə inqilabdan sonra ilk bələdiyyə seçkiləri keçirilir
# 06 may 2018 12:59 (UTC +04:00)

Bu gün Tunisdə son 7 ildə ilk dəfə bələdiyyə seçkiləri keçirilir.

APA-nın "Alman dalğası" radiosuna istinadən verdiyi məlumata görə, yerli idarəetmə orqanları uğrunda 57 min namizəd mübarizə aparır.

Siyasətçilərin əksəriyyəti ilk dəfə namizədliyini irəli sürüb. Namizədlərin 49 faizi qadındır.

Seçki ilə bağlı təhlükəsizliyin təmin edilməsinə 60 min polis və əsgər cəlb edilib. Dünən Tunis prezidenti Beji Kaid as-Sebsi xalqa müraciətində bu seçkiləri tarixi seçki adlandırıb və insanları səs verməyə çağırıb.

Qeyd edək ki, 2011-ci ildə dövlət başçısı Zin al-Abidin Bel Əli devriləndən sonra ölkədə yalnız parlament və prezident seçkiləri keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR