Tripoliyə hava zərbələri endiriləcək

Tripoliyə hava zərbələri endiriləcək
# 01 iyul 2019 16:13 (UTC +04:00)

Liviya Milli Ordusunun komandanı Xəlifə Haftara sadiq qüvvələr paytaxt Tripoliyə hava hücumlarının olacağı barədə xəbərdarlıq edib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Milli Ordusunun əməliyyat qərargahının rəhbəri, general-mayor Məhəmməd Əl- Mənfur bildirib.

Hava hücumlarının dəqiq vaxtı bildirilməsə də, şəhər sakinlərinə hərbi hissələrdən uzaq durmaq barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar aprelin 4-də Tripolinin "terrorçulardan azad edilməsi" üçün şəhərə hücum əmri verib.

Xatırladaq ki, 2011-ci ildə Liviyada Müəmmər Qəddafinin devrilməsindən sonra ölkədə ikihakimiyyətlilik hökm sürür. Ölkənin şərqində Aqil Salehin rəhbərlik etdiyi parlament, paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəklədiyi Milli Razılıq Hökuməti fəaliyyət göstərir. Ölkənin şərqində formalaşmış hakimiyyət Tripolidən müstəqil hərəkət edir və Liviya Milli Ordusu ilə əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR