ABŞ iqlim dəyişikliyi təşəbbüsləri üçün Afrikaya 7 milyard dollar ayırır

ABŞ iqlim dəyişikliyi təşəbbüsləri üçün Afrikaya 7 milyard dollar ayırır
# 31 mart 2023 20:53 (UTC +04:00)

ABŞ dövlətləri və şirkətləri yaşıl enerji layihələri, kənd təsərrüfatı və iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı təşəbbüslər üçün Afrikaya 7 milyard dollardan çox vəsait verəcək.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Zambiyaya səfəri ilə bağlı Ağ Evin mətbuat xidmətinin məlumatında deyilir.

Pulun təxminən 116 milyon fermerə kömək etmək və iqlimə zərər verməyəcək kənd təsərrüfatı təcrübələrini təşviq etmək üçün göndərilməsi nəzərdə tutulur.

ABŞ hakimiyyət orqanlarından əlavə, 27 şirkət və xeyriyyə təşkilatı da bunun üçün vəsait ayıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR