ABŞ oğurlanmış sarkofaqı Misirə qaytarıb

ABŞ oğurlanmış sarkofaqı Misirə qaytarıb
# 03 yanvar 2023 01:09 (UTC +04:00)

Misirdən qanunsuz yolla çıxarılaraq ABŞ-dakı muzeylərin birində nümayiş etdirilən sarkofaq Misirə qaytarılıb.

APA-nın Anadolu Agentliyinə istinadla xəbərinə görə, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təxminən 3000 yaşı olan sarkofaq Misirin əsilzadələrindən birinə məxsus olub.

Qeyd edək ki, Misir son 10 ildə oğurlanaraq ölkədən çıxarılmış 10 minədək antik əşyanı geri qaytara bilib. 2022-ci ildə Rozetta daşının Britaniyadan gətiriləcəyi gözlənilsə də, hələ nəticə əldə edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR